Mənim də bir gün ruhum
Vida edəcək mənə,
Üçüb,tərk edəcək
Cansız bədəni.
Onda xatırla,yada sal məni,
Etdiyin sitəmlər düşsün yadına
Səni çox çağırdım
Cavab vermədin
Üstəlik,nə qədər xətrimə dəydin.
Küskün baxışlarım
Gəzdi aranda
Sən isə dağların qoynunda idin,
Küskün baxışlarım Xəzəri gəzdi,
Sən isə Kürün qoynunda idin.
Küskün baxışlarım gəzdi şəhərdə,
Sən isə gəzməyə çıxdın meşəyə.
Bütün bu anları salsan yadına
Məni təkliyin cənginə atdın,
Məni tənhalıqla imtahan etdin.
Bircə dəfə xoş anında,
Xoş çağında
salmadın
Məni yadına.
Unutdun məni.
Unutdun varlığımı,
Mənə yad oldun
Mənə quruca
Ad oldun!
Mən dəyişəndə
Dunyamı
Nə ağla,nə sıtqı,
Nə göz yaşı tök.
Sənli dünyada sənsizlik
Dərdi çəkməkdən
Mənə daha xoşdur
Sən
olmayan
Dünyada
SƏNSİZ
Olmaq,
Sənsiz
Ruhu azad olmaq
Sənsiz yaşamaq.
T.Məğrur.
08.06.2022
Kayıt Tarihi : 19.6.2023 20:24:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!