Sensiz Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sensiz

Ağıl deyirsə qəlb əməl etməyir,
Nə səsim çatmayır, ünüm yetməyir.
Baxışın gözümdən bir an getməyir,
Yoxdur məndən sevgi umanım sənsiz.

Həsrətin gücünü biləmmədim mən,
Səndən sevgi payı dilənmədim mən.
Yağış tək oduma çilənmədin sən,
Çəkilər çiskinim, dumanım, sənsiz.

Neynim, bu ğözəllik gəlməz ki vecə,
Gecəm gündüz olub, gündüzüm gecə.
Bu fani dünyada yaşayım necə,
Qalmayıb həyata gumanım sənsiz.

Sevinc Arzulu
Kayıt Tarihi : 25.4.2018 10:12:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu