Sənin ürək həkimin,
Neçə gündü xəstədi.
Bəlkə bir zəng vurasan,
Soruşasan necədi.
Uzaq olsan da yenə,
Bir qayğıma qalasan.
Şirin, xoş sözlərinlə,
Ürəyimi alasan.
Otuz doqquz hərarət,
Bir də sənin atəşin.
Qovrulur səhərədək,
Sənin ürək həkimin.
Neçə-neçə ürəyə,
Məlhəm olub sözlərim.
Mənimsə dərmanım sən,
İnsaf elə gözəlim.
Sənin ürək həkimin,
Neçə gündü xəstədi.
Bəlkə bir zəng vurasan,
Soruşasan necədi.
Kayıt Tarihi : 2.2.2019 21:12:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Habil Yaşar 2](https://www.antoloji.com/i/siir/2019/02/02/senin-urek-hekimin.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!