Senin kalbin bu sevgiyi duymadı

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Senin kalbin bu sevgiyi duymadı



Nə etdimsə, boşa getdi əməyim,
Sənin qəlbin bu sevgini duymadı…
Mənə qaldı boş “sevirəm” deməyim,
Sənin qəlbin bu sevgini duymadı…

Dərd edərdim yanağında yaş olsa,
Atılardım, səninçün savaş olsa,
Bu sevgidən, çiçəklərdi daş olsa,
Sənin qəlbin bu sevgini duymadı…

Məhəbbətim hər tərəfə car oldu,
Nakam eşqim el içində xar oldu,
Dilin susdu , qulaqların kar oldu,
Sənin qəlbin bu sevgini duymadı…

Ahlarımı götürmədi dağ-dərə ,
Gecələrim açılmadı xeyirə,
Şair oldum… sevgim döndü şeirə,
Sənin qəlbin bu sevgini duymadı…

Ruhum səni ən əzizi saydı da…
Ürəyimdə dərin yerə qoydu da…
Bütün aləm, bütün cahan duydu da…
Sənin qəlbin bu sevgini duymadı…

Dr İlhame Müslümova
Kayıt Tarihi : 12.1.2025 23:34:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!