Senin için Şiiri - Tural Hasanli

Tural Hasanli
5

ŞİİR


0

TAKİPÇİ

Senin için

Tutub əllərindən saxlamaq üçün,
Özümə möhkəmcə bağlamaq üçün,
Sənin üçün olan hər üçün üçün,
Dəyişdi, böyüdü sən oldu içim.

Bir ümid göyərdi quru budaqda,
Tumurcuq gətirdi sevginlə hətta,
Mənim sənə görə inan həyatda,
Kəsildi, tikildi, biçildi ölçüm.

Bir qanad axtardım uçarıq deyə,
Göylərdə bir dünya qurarıq deyə,
İnandım biz xoşbəxt olarıq deyə,
Yoruldu, gücəndi, tükəndi gücüm.

Tural Hasanli
Kayıt Tarihi : 11.9.2017 08:56:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Tural Hasanli