Senin Şiiri - Dr İlhame Müslümova

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Senin

Bilsəm ki gəlirsən, bütün sevgimi
Başından aşağı tökərəm sənin,
Üzünə kölgələr salan nə varsa,
Sinəndən kədəri sökərəm sənin!

Sərtəm, işvə, əda, naz bilmərəm mən …
Alovdan köynəyəm, geyilmərəm mən ..
Baxma, yadlar üçün əyilmərəm mən,
Qarşında dizimi bükərəm sənin !

Sənə gəlib çıxıb bu uzaq yolum,
İzin ver, ruhumla ruhuna dolum…
Qoysan bu sevginin memarı olum,
Könlündə bir saray tikərəm sənin!

Daha yanındayam sənin sonadək ,
Boşa yaşamışam ,vallah, sənədək…
Getsən, inan mənə, gələn günədək
Gözümü yoluna dikərəm sənin !

Sənə duyğularım çox dərindədir,
Heç nə dəyişməyib, öz yerindədir…
Bütün cizgilərin əzbərimdədir,
Vallah, xəritəni çəkərəm sənin.))

Dr İlhame Müslümova
Kayıt Tarihi : 5.1.2025 16:42:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!