Bu gecə üstümə gəlir dalğalar,
Islandım altında soyuq baxışın.
Bu gecə tüstümə gülür qovğalar,
Paslandım altında qarın, yağışın.
Çatmışam dördyolun ayrıcına mən,
Özüm də bilmirəm hayana gedim.
Qoşulum daş yolun ayrısına mən,
Bəlkə bu gecədən o yana gedim.
Bəlkə üz döndərib gündüz nurundan,
Gecənin qanını içim.Nə dersən.
Ayrılım sevginin yaş qürurundan,
Azadlıq zəmisin biçim.Nə dersən.
Bəlkə daha bəsdir bunca dərd çəkib,
Bunca əzab yemək, bunca qəm udmaq.
Bəxt rəssam tablomu belə sərt çəkib.
Tək bircə yolum var.Səni unutmaq...
Kayıt Tarihi : 19.1.2022 06:36:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!