Mən ki dəyişmədim, həmən-həmənim,
Nədən cücərmədi görən səmənim.
Sükuta qərq olub yaşıl çəmənim,
Qırmızı geyinən lalələr dizdən.
Gəmim uzaqlaşıb, qayıq gəlməyir,
Ayrılıq sərxoşdur, ayıq gəlməyir.
Daha heç bəxtimə yavuq gəlməyir,
Üzüb ayağını vüsalın bizdən.
Al-əlvan geyinməz düzlərim, dostum,
Sənə yetişməyir sözlərim, dostum.
Çoxdandır görməyir gözlərim, dostum,
Səni soraqlaram ləpirdən, izdən.
Kayıt Tarihi : 7.1.2023 18:59:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!