Mənə xoşbəxtlik gətir
İlim, səni sevirəm.
Sözündən yağır ətir,
Dilim, səni sevirəm.
Kədər ömür karvanı,
Şair onun sarvanı.
Mənə doğma Şirvanım,
Milim, səni sevirəm.
Ay ümidim, gümanım,
Məndən qayğı umanım.
Sən ol sisim, dumanım,
Tülüm, səni sevirəm.
Xoş fikirli, xəyallı
Çiçəklər gedər yallı.
Laləsi qara xallı,
Çölüm, səni sevirəm.
Bəm çalar qamış neyim,
Əynimə kəfən geyim.
Dünyadan köçsəm deyim:
-“Ölüm, səni sevirəm”.
Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:20:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/30/seni-sevirim.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!