Seni seven biri var Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Seni seven biri var

Qızılgülüm solsa da,
Yel ləçəyin yolsa da.
Cismən məğlub olsa da,
Ruhən hələ diri var.
Səni sevən biri var.

Gəlişini özləyən,
Bağrın başın közləyən.
Yol üstündə gözləyən,
Alagözlü pəri var.
Səni sevən biri var.

Su olub calandı, bax
Yurd kimi talandı, bax.
Oduna qalandı bax,
Hicr adlı dərd-səri var.
Səni sevən biri var.

Ürəyində eşq bəslər,
Daim dostluğa səslər.
Bəxtəvərdir o kəslər,
Gülüzlü dilbəri var.
Səni sevən biri var.

Yaşayar saf məhəbbət,
Illər ötsə də əlbət.
Etməyib ki ziyarət,
Uzaqlarda piri var.
Səni sevən biri var.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.1.2023 18:45:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!