Seni bana sorsalar

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Seni bana sorsalar

Səni məndən soruşsalar nə deyim?
Deyimmi ki onun qəlbi daş imiş?
Deyimmi ki güvənmişəm boşuna?
Deyimmi ki bünövrəsi yaş imiş?!

Tapılmırdı axtaranda, soranda,
Acımırdı ürəyimdən vuranda…
Mən bizimlə bağlı xəyal quranda
Demə yolu ayrılığa tuş imiş…

Deyimmi ki dərindədi izləri,
Saxta imiş o ağlayan gözləri,
Nə deyibsə yalan imiş sözləri…
Deyimmi ki and-amanı boş imiş?!

Çox gec idi həqiqəti biləndə,
O yox idi mən gözümü siləndə…
Mən həsrətdən hissə- hissə öləndə
Yad ürəkdə onun günü xoş imiş…

Səni məndən soruşsalar nə deyim?!
Deyimmi ki ömrüm ona nuş imiş?
Əvvəlindən könlü yoxmuş qalmağa….
Bilməmişəm… Bir köçəri quş imiş…

Dr İlhame Müslümova
Kayıt Tarihi : 5.1.2025 17:34:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!