Əsdi qəmin qara yeli,
Bəyaz etdi sarı teli.
Kədər dolu gur dağ seli,
Məni apardı,apardı.
Xəbər yoxdur səs-ünündən
Uzaq düşdün xoş günündən.
Dəli külək göz önündən,
Çəni apardı,apardı.
Fələk gəzər min bir donda,
Ağlar qoyar bizi sonda.
Əcəl gəldi,bircə anda,
Səni apardı,apardı.
Kayıt Tarihi : 14.6.2018 10:13:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!