SƏNİ
Hecalara baxa-baxa,
Sözlərim də yetmir daha.
Özüm vurub daşa dağa,
Necə tərif edim səni?
Qəlbimə çəkilən dağsan,
Tanrı qoyan bir yasaqsan.
Söylə nə qədər uzaqsan,
Hara qədər gedim səni?
Ay qısqandı nur üzünü,
Bənzətdi sənə özünü.
Danışıb hər bir sözünü,
Mələklərə dedim səni.
Sənsiz artıq, bitmir güllər,
Nöqtəylə birdir vergüllər.
Keçdi günlər, aylar, illər,
Bir dəfə görmədim səni.
Dəymir əlim, əllərinə,
Tuş gəlmirəm gözlərinə.
Qulaq verib sözlərinə,
Necə eşitmədim səni?
Anlamıram axı, necə,
Çıxıb gedirsən beləcə?
Yalnız bir gün, bircə gecə,
Saxlaya bilmədim səni.
Gözün, qaşın, söylə hanı?
Gülüşündə bircə anı.
Kainatı, asimanı,
Axtarıb tapmadım səni.
Kayıt Tarihi : 5.3.2026 05:50:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!