Seni Şiiri - Dr İlhame Müslümova

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Seni


Bəlkə də hamıyçün adi biriydin,
Qoydum ürəyimin başına səni…
Sən mənim eşqimin sınaq yeriydin,
Bürüdüm gözümün yaşına səni…

Zaman öz hökmünü oxumuş idi,
Saçıma ağları toxumuş idi,
Ömrüm daha əcəl qoxumuş idi,
Yaz etdim ömrümün qışına səni…

Sevinci üzümə yaraşdırmadın,
O tərs inadının belin qırmadın,
Əziz hiss etmədin, yaxın durmadın,
Sən demə sevmişəm boşuna səni …

Qəmini yükləndim, dərdini yedim,
Gətir, qulağına əhdimi edim,
“ Qatilim olaraq yazsınlar, dedim,
Mənim məzarımın daşına səni “

Dr İlhame Müslümova
Kayıt Tarihi : 5.1.2025 18:07:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.
  • Perihan Pehlivan
    Perihan Pehlivan

    güzel yürek sesiniz daim olsun

    Cevap Yaz

TÜM YORUMLAR (1)