Sene yazıram Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sene yazıram


Əzizım,deyirəm nə vaxtsa bir gün,
Əllərim əlinə toxunacaqmı.
Şəninə yazdığım şeir-əsərlər,
Sənin tərəfindən oxunacaqmı.

Sən duya bilərsən könül qəmimi,
Yazdığım şeirdə,dediyim sözdə.
Çiskinli payızın duman-çənini,
Sən görə bilərsən ağlar,nəm gözdə.

Bəlkə də mənim tək dərd çəkməyirsən,
Sənin öz dünyan var,mənim öz dünyam.
Öz könül baxçanda qəm əkməyirsən,
Sənə tanış deyil mənim söz dünyam.

Çəkdiyim ağrını şeirə çevirib,
Misralar içində hərdən azıram.
Əzizim,otaqda tənha oturub,
Bu şeri tək sənə,sənə yazıram.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 10:12:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu