Sene qalıbdır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sene qalıbdır

Aldım xatirəni çiynim üstünə,
Boylanıb baxsa da səni görmədi.
Necə də yaraşır əynim üstümə,
Içində titrəyən təni görmədin?

Elə bezmişəm ki yaşam tərzindən,
Ağrını-acını unudum, gedim.
Elə yapışıb ki paşam, dərzindən
Onu bircə sözlə ovudum, gedim.

Bir zaman olmasam, nə olar görən,
Günəşmi gec batar, aymı tez çıxar.
Baxçada əkdiyim gül solar görən,
Vüsaln evini ayrılıq yıxar.

Harada gizlənib, harada qalıb,
Gecikmiş sevdanın yolu bağlıdır.
Taleyin rəngini qaradan çalıb,
Odur ki həm sağı, solu bağlıdır.

Mən falçı deyiləm, yolunu açım
Ümidim təkcənə çənə qalıbdır.
Dərdə ortaq olmazqardaşım, bacım
Gümanım, əzizim, sənə qalıbdır...

Sevinc Arzulu
Kayıt Tarihi : 11.7.2020 15:20:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu