Boylanaraq hey quzeyə,
Yollarına yağan qaram.
Ürəyim dönüb muzeyə,
Savgisinə sadiq yaram.
Gülüm,sənə minnətdaram.
Bağımda gül bitirmişəm,
Sənə dəstə gətirmişəm.
Lal könlümü itirmişəm,
Ov axtaran tərlan,saram.
Gülüm,sənə minnətdaram.
Şeir yazdım məhəbbətdən,
Uzaq düşdüm şan-şöhrətdən.
Yoğrulmuşam sədaqətdən,
Satqınlarla yoxdur aram.
Gülüm,sənə minnətdaram.
Kədərin evin yıxaram,
Çətin qəlbimi sıxaram.
Nə eşqə xain çıxaram,
Nə bülbülə rəqib xaram,
Gülüm,sənə minnətdaram.
Çiçəyəm.saman deyiləm,
Yaxşıyam,yaman deyiləm.
Inləyən kaman deyiləm,
Şən musiqi çalan taram,
Gülüm,sənə minnətdaram.
Kayıt Tarihi : 11.6.2018 10:45:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/11/sene-minnetdaram.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!