Kədərliyəm gündüz-gecə,
Şadlanmaq heç gəlmir vecə.
Bilsən, darıxıram necə,
Gülüm, sənə çatmaq üçün.
Dan yeri gec söküləcək,
Qəmdən ürək çöküləcək.
Kür çayına töküləcək,
Külüm, sənə çatmaq üçün.
Qəm qəlbimə çökən lildir,
Ağı deyən dodaq,dildir.
Mən çəkirəm neçə ildir,
Zülüm, sənə çatmaq üçün.
Hekayətim gəlməz dilə,
Dərdimi çəkmirəm zilə.
Həyatımı kimin ilə,
Bölüm, sənə çatmaq üçün.
Əsr əsri ötəcəkdir,
Illər yolda itəcəkdir.
Köməyimə yetəcəkdir,
Ölüm, sənə çatmaq üçün.
Kayıt Tarihi : 29.6.2018 09:51:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!