Gözümdə göz yaşı dayanmır daha,
Qəlbimdə məhəbbət oyanmır daha.
Təbiət min rəngə boyanmır daha,
Nəyim var ki mənim qəmdən savayı.
Gedənlər üzümə baxıb gediblər,
Könlümü odlara yaxıb gediblər.
Gözümdə şimşək tək çaxıb gediblər,
Daha çıxmır səsim bəmdən savayı.
Vaxt ötür,ərimir elə bil zaman,
Bəxtimə yazılır qəlbimə daman.
Aldı başım üstün yenə sis, duman,
Mənə nə qaldı ki çəndən savayı.
Üzümə gülənin üzünü gördüm,
Beşini, onunu, yüzünü gördüm.
Güzgüdə plümün özünü gördüm.
Nə artıb telimdə dəndən savayı.
Həsrətindən bağrım olubdur şan-şan.
Ülkər ulduzuyam göydə sayrışan.
Sevincəm, gəzirəm halı pərişan,
Mənim kimim var ki səndən savayı.
Kayıt Tarihi : 9.12.2023 08:47:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!