( S.Vurğuna)
Olum ölüm ilə əl-ələ gəzir,
Insanlar içində vəlvələ gəzir.
Yenə od püskürür, zəlzələgəzir,
Düşmüşük yamanca təlaşa, dünya.
Gah gözü alasan,gah da qonursan,
Bizi yandırırsan, özün donursan.
Əvvəlcə sıxırsan, sonra yonursan,
Etmisən bizləri talaşa, dünya.
Insana bir dəfə verilir həyat,
Onu yaşamırıq şadlıqla, heyhat.
Yolumu gözləyir sonsuz kainat,
Aylı-ulduzlu göy tamaşa, dünya.
Sahilə sığmayan dəniz olmuşam,
Kədərli, qüssəli bəniz olmuşam.
Vəfasız həyata kəniz olmuşam,
Mənə də şənliklər yaraşa, dünya.
Şair libasını geyibdir Vurğun,
Halalca çörəyin yeyibdir Vurğun.
Sözün yaxşısını deyibdir Vurğun,
“Biz gəldi-gedərik, sən yaşa,dünya.
Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:29:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!