Sen perimsen Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sen perimsen

Sən könlümə yaxın, əziz
Su tək parlaq, şəffaf,təmiz.
Göylər kimi əsrarəngiz,
Yer təkin təzə-tərimsən.
Sən mənim alqış pərimsən.

Ləzzətimdə, dadımdasan,
Fərəhimdə, adımdasan.
Hafizəmdə, yadımdasan,
Sən ki mənim əzbərimsən.
Sən mənim baxış pərimsən.

Günəş tək al səhərim ol,
Işıqlı, nur şəhərim ol.
Bir udumluq qəhərim ol,
Taleyimsən, qədərimsən.
Sən mənim naxış pərimsən.
14.11.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 25.4.2018 10:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu