Sen oldun Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sen oldun

Sanardım həyat var eşq gəmisində,
Seçilən mən oldum, seçən sən oldun.
Ah, mənim əzizim, eşq zəmisində
Biçilən mən oldum, biçən sən oldun.

Fələk də amansız oxçuya döndü.
Iş necə dolaşdı ovçuma döndün.
Sərin su töküldü ovcuma. Döndün
Içilən mən oldum, içən sən oldun.

Amansız dünyanın sülh-hərbi vardır,
Xoşbəxtin başına min zərbi vardır.
Həyatla aramda bir körpü vardı,
Keçilən mən oldum, keçən sən oldun.

Sevinc Arzulu
Kayıt Tarihi : 26.5.2020 10:33:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu