Sen kitabim olarsan Şiiri - Habil Yaşar 2

Habil Yaşar 2
19

ŞİİR


0

TAKİPÇİ

Sen kitabim olarsan

Sən kitabım olarsan,
hər gün səni oxumağa
tələsərəm.

Açdıqca hər vərəqini,
əzməməkçün
ehtiyatla toxunaram.

Hər sözünü
ömrümə bir gün bilərəm,
səhvlərini düzəldərəm,
mənasını öyrənərəm.

Sən ruhumu oxşayacaq,
ən dəyərli bir kitabım
olacaqsan.
Hara getsəm ürəyimdə,
yaddaşımda qalacaqsan.

Sən kitabım olarsan,
heç kəs oxumaz səni,
yalnız mənim olarsan.

Habil Yaşar 2
Kayıt Tarihi : 2.2.2019 21:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Habil Yaşar 2