Neynəyir ki hicran tülü,
Onsuz saçları tökülü.
Qönçələnib vüsal gülü,
Üstündə sən çox əsmisən.
Gözdən itə bilməyirəm,
Səndən gedə bilməyirəm.
Ayırd edə bilməyirəm,
Çinarmısan, vələsmisən.
Həsrət hicri boşamamış,
Son nəğməni qoşamamış.
İlk görüşü yaşamamış,
Son görüşə tələsmisən.
Bilmirəm nədir niyyətin,
Səni anlamaq çox çətin.
Ay əzizim, ədalətin
Qarşısını hey kəsmisən.
Dan yerini öpüb gələn,
İşığına hopub gələn.
Qayalardan qopub gələn,
Sədamısan, ya səsmisən.
Kayıt Tarihi : 6.4.2025 09:07:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!