Sən gəldin ömrümə bir mələk kimi,
Sevgidən güc alıb inadlanmışam.
Mən gəldim ömrünə kür külək kimi,
Sevincdən ucalıb qanadlanmısan
Sən mələk, mən külək. Haqqıq hansımız,
Görən çalacaqmı məhəbbət zəfər.
Bilirəm, var bizim bircə şansımız,
Gözləyir qarşıda çox uzun səfər.
Birgə addımlayaq bu uzaq yolu,
Sən məni, mən səni hey əzizləyək.
Qıraq önümüzdən tikanlı kolu,
Sevgi dünyamızı cüt təmizləyək.
Kayıt Tarihi : 9.6.2018 17:18:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!