Sən gedirsən.Xatirələr
Yenə mənimlə qalır.
Ürəyimdən keçir nələr,
Ayrılıq min can alır.
Sənsizliyim üzər məni,
Qayıt qurbanın olum.
Qara sapa düzər məni,
Ayıl, qurbanın olum.
Bir gün geri dönərsənsə,
Məni görməyəcəksən.
Ulduz kimi xönərsənsə
Çəni görməyəcəksən.
O çən bizim sevgimizin,
Duvağıdır.Bilirsən.
Qəlbimizdə sevgi izi,
Üz ağıdır.Bilirsən.
Tapdalasaq bu izləri,
Günün biri yox olar.
Dünya neyniyir bizləri,
Ölümlərdən tox olar...
Kayıt Tarihi : 12.3.2020 13:55:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!