Həsrətimdən rəngin solsa,
Qara gözün yaşla dolsa,
Gülüm, gizlicə də olsa,
Görüşə gəl sən bu gecə.
Qəlbə daman olacaqdır,
Hava duman olacaqdır,
Bizə mehman olacaqdır,
Külək, çiskin, çən bu gecə.
İşim olub yaman müşkül,
Dağılıbdır vüsal köşkü.
Gəlsən edəcəyəm təşkil,
Şeir axşamı mən bu gecə.
Könlümü qəm alacaqdır,
Əbədilik qalacaqdır.
Hicran çətin salacaqdır,
Saçlarıma dən bu gecə.
Həmişə qəmli Sevinci,
Gözləri nəmli Sevinci,
Kədər aləmli Sevinci,
Görəcəksən şən bu gecə.
Kayıt Tarihi : 30.6.2018 17:45:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/30/sen-bu-gece-2.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!