Sen benim neyimsin?

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Sen benim neyimsin?

Sən mənim nəyimsən, kimimsən axı?
Gəlib ürəyimə sakin olmusan…
De, necə almısan ağlımı başdan ?!
Bütün mənliyimə hakim olmusan…
Sən mənim nəyimsən, kimimsən axı?
Niyə olur-olmaz düşürsən yada?
Əlim çatmayanda xəyalın sənin
Gecə qonaq olur mənə röyada…
Sən mənim nəyimsən, kimimsən axı?
Xatirən bu boyda evə sığışmır…
Fikrim səndə qalır, dönmür ağlıma…
Baxışım yolundan gözə yığışmır….
Sən mənim nəyimsən, kimimsən axı?
Bütün əzizləri qoydun kölgədə…
Həyatda ən yaxın doğmamsan daha,
Sən mənim özümsən, mənsən, bəlkə də.
Sən mənim nəyimsən, kimimsən axı?
Bütün gün görsəm də doya bilmirəm…
Dünyada hər kəsdən yaxınsan mənə,
Amma ki….adını qoya bilmirəm…
Bilmirəm nəyimsən, kimimsən mənim…
Bir onu bilirəm, əzizsən mənə….
Hər zaman gözləyən sahilinəm mən,
Sənsə geri dönən dənizsən mənə….



Dr İlhame Müslümova
Kayıt Tarihi : 5.1.2025 17:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!