Çox çətin əvvəlki tək mehriban, şən olacam.
Pastlaşsaq üz çevirən yenə də mən olacam.
Çırpınaraq duracam xəyalların içində,
Məni tanımazlar ki ağappaq qu biçimdə.
Məhəbbətin sultanı, padişahı sən oldun,
Dağılmış xanimanı, nalə-ahı mən oldum.
Getməyimi istəmirdin,qabağımı kəsərdin.
Ah, başımın üstündəcə tufan olub əsərdin.
Sındırardın ayrılığın uzanılı qolunu,
Bağlayardın daş həsrətin mənə gələn yolunu.
Daha gecdir, çox heyif ki dost olmadın vüsalla,
Heç olmasa günahını başa düşüb sən anla...
Kayıt Tarihi : 9.3.2019 09:43:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!