Sen ağlama Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sen ağlama

Qəlbdə ucaltdıb büstünü,
Yaşayarıq tən,ağlama.
Alsa başının üstünü.
Duman,çiskin,çən ağlama.

Bel bağlayıb mərhəmətə,
Layiq olma məzəmmətə.
Sadiq qalıb məhəbbətə,
Döz həsrətə sən,ağlama.

Su dayazdır,get dərinə,
Həsrət qalmayaq sərinə.
Gülüm,sənin də yerinə
Ağlayaram mən,ağlama.

Ək qızılgül kollarını.
Uzat mənə qollarını.
Qayıt geri,yollarını
Gözləyir Vətən,ağlama.

Ömrün ən gözəl çağında,
Sevinc,fərəh sol-sağında.
Meyvəli,yaşıl bağında
Qızılgül bitən,ağlama.
Gül içrə itən,ağlama.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:49:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu