Sele yaxşıdır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sele yaxşıdır


Uzatsam əllərim çatarmı sənə,
Əğyar öz kəməndin atarmı sənə.
Kainat sevincin satarmı mənə,
Tökülsə qəm-qüsəm selə, yaxşıdır.

Mənim öz sevdiyim, sənin öz sevdan
Dalğalar qoynunda batar eşq adan.
Istəməm olasan ayrılıq dadan,
Qoşulma hər fitnə-felə, yaxşıdır.

De, necə gizlənim gözündən sənin,
Baş aça bilmirəm sözündən sənin.
Xəbərin varmıdır özündən sənin,
Bəyaz dən düşməsin telə, yaxşıdır.

Sənin sevgin məni ayaz eyləyib,
Fərəhim səmada pərvaz eyləyib.
Demə ki sevdiyin min naz eyləyib,
Əbədi qonağam elə, yaxşıdır.

Bil ki bu dünyanı tutub durmarıq,
Kədərin üstündə saray qurmarıq.
Şad gündə, düyündə badə vurmarıq,
Sağ ol, ay əzizim, belə yaxşıdır.

Sevinc Arzulu
Kayıt Tarihi : 27.6.2018 15:25:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu