Al lalələr dizindən,
Güllər bitər izində.
Zamanın o üzündə.
Donub qalan şəkillər.
Uçmazlar çərpələng tək.
Vuruşmazlar pələng tək.
Köksümə kəpənək tək,
Qonub qalan şəkillər.
Yoxluq acıdan acı,
Varlıq ər ehtiyacı.
Həsrəti dar ağacın,
Yonub qalan şəkillər.
26.03.2019
Kayıt Tarihi : 3.4.2019 17:00:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!