Şeirbazam men Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Şeirbazam men

Ürəyimdən axıb gəlir sətirlər,
Öz-özünə bağlanıbdır çətirlər.
Yatır ürəyimə hər cür ətirlər,
Ortababam-nə çoxam,nə azam mən.
Yaman şeirbazam mən.

Üşütməyir məni soyuğu qışın,
Islanmaram.dursam altda yağışın.
Ürəyimi açır sənin alqışın.
Başdan ayağadək əda,nazam mən.
Yaman şeirbazam mən.

Qorxuram ki görüşümüz son olar,
Çinarın əynində yaşıl don olar.
Vüsalın qrdında bəyaz don olar,
Istəmirəm ayrılıqdan yazam mən,
Yaman şeirbazam mən.

Ömrümün tən yarısını keçmişəm,
Həsrəti yox,vüsalını seçmişəm.
Ürəyim doyunca meydən içmişəm,
Ona görə belə kefi sazam mən,
Yaman şeirbazam mən.

Atəşinlə sevəni yandır,könlüm.
Ürəklərdə sevgi oyandır könlüm.
Hamını hər zaman duyandır könlüm,
Sevunc deyər baharam mən,yazam mən.
Yaman şeirbazam mən.

Sevinc Arzulu
Kayıt Tarihi : 10.6.2018 16:38:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu