Nə bilirsən, sakitliyi
Bəlkə Tanrı pozmaq istər.
Gördüyün bəd yuxuları,
Tərsinəcə yozmaq istər.
Ilahi, sən özün qoru,
Yolun azmış bəndələri.
Neçə mənası olmayan,
“Şeir” yazmış bəndələri.
Mənalı şeir-sağlam insan,
Mənasızı aciz, xəstə.
Şeir yazmaq deyil asan,
Gözəl şeir-həzin bəstə.
Tanrı, sən pıçıldamısan,
Bütün gözəl şeirləri.
Sonunadək oxunmasa
Ruhum çağıracaq geri.
21.12.2017
Sevinc Arzulu
Kayıt Tarihi : 5.5.2018 07:55:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!