Xumar gözün nəm olmasın,
Gülüşlərin kəm olmasın.
Ürəyinə qəm dolmasın,
Tərləməsin könül güzgün.
Sevindirər övlad toyu,
Qohum edər iki soyu.
Səni bütün ömrün boyu,
Görməyim heç halı üzgün.
Başındakı bəyaz fata,
Libasına bəzək qatar.
Görməyəsən heç bir xəta,
Yaşayasan doğru, düzgün.
18.12.2018
Sevinc Arzulu
Kayıt Tarihi : 23.12.2018 16:05:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!