Şehriyar Kimi Şiiri - Ergün Ucatürk

Ergün Ucatürk
35

ŞİİR


2

TAKİPÇİ

Şehriyar Kimi

Öz ana dilin tek özündə el, obadı,
İtmişsə ki, adı, qırılmış qolu, qanadı.
Əzbərlənən yâr yerinə Behçət-âbâd'ı
Gəzəsən, bir-iki elə bil milyar kimi,
Tarixə ki, iz qoyasan Şəhriyâr kimi.

Fikrim daima nazlı hilâl ölkəsində,
Qalsa dahi cismim bu farsi kölgəsində.
Ruh'um Turan adlı cənnət döngəsində,
Qulağım Araz'a tərəf səs duyar kimi,
Tarixə ki, iz qoyasan Şəhriyâr kimi.

Türk'ün şairi tək Fars'a ki, baş qaldırıb,
Şeirdə xəyalı ilə gardaş andırıb,
Doğma Türki uğruna dalaş oyandırıb.
Bənzəri yox hûrriyyət adlı diyâr kimi,
Tarixə ki, iz qoyasan Şəhriyâr kimi.

Ergün Ucatürk
Kayıt Tarihi : 10.7.2023 14:52:00