Bahar qışa çox deyinib,
Yenə al-əlvan geyinib,
Uzaqdan allam iyini,
Sən mənim səhləb çiçəyim.
Yol gözləyən sən imisən,
Istimisən, sərinmisən?
Ürəyimə sərilmisən,
Sən mənim nərgiz ləçəyim.
Toxumuşam, hazır gəbəm,
Üzərində gümüş dəvəm.
Sən hamıdan igid nəvəm,
Sən mənim gözəl-göyçəyim.
Kayıt Tarihi : 18.10.2019 16:19:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!