Şəhidlərin ruhundan qopan ah- nalələr,gözündən qopub düşən damlalar,
al qana boyanıb qərənfillər
səpildi
Məzar üstünə.
Qəfil açılan ölüm güllələri
Ağlatdı buludları
Aldatdı umudları.
Məzarı başında
dövrə vurdu ruhları
Göz yaşları
Çevrildi böynu bükük
Bənövşələrə
Axı bahardan xəbər verər
Bənövşələr.
Cənnətdə yuva qurdu ,əllərində bənövşə
Vətən şəhidləri.
Hər baharda dönəcək
Anasının yuxularına.
Röyalarda qovuşacaq
Yol gözləyən anasına.
T. Məğrur.
Kayıt Tarihi : 19.6.2023 20:23:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!