Bu yer göydən yuxarı,
Ürəyimiz yuxalır.
Seyr edəndə çoxalır,
Hissim və həyəcanım.
Şəhidlər xiyabanı.
Sanmayın əfv eylədik,
Düşməni məhv eylədik.
Qoynunda dəfn eylədik,
Neçə körpə fidanım.
Şəhidlər xiyabanı.
Çiçəkləri dərəndə,
Əlvan çələng hörəndə.
Başdaşların görəndə,
Damarda donur qanım.
Şəhidlər xiyabanı.
Analar çəkməsin ah,
Rəhmət eyləsin Allah,
Donub qalmışam vallah,
Şəhiddir dörd bir yanım.
Şəhidlər xiyabanı.
Qarabağ oldu azad,
Ellər olacaq abad.
Qəlbimizdədir hər ad,
Söküləcək al danım.
Şəhidlər xiyabanı.
Kayıt Tarihi : 15.9.2023 11:15:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!