Atadır qəlbi yanan,
Səni ürəyi sanan.
Ağlar qalıbdır anan,
Pərişandır əhvalım.
Mənim Şəhid Turalım.
Görmədin gül qızını,
Çəkmədn heç nazını.
Fələk yazdı yazını,
Sənsiz üzgündür halım.
Mənim Şəhid Turalım.
Böyükdür nəslin, soyun,
Hündür qamətin, boyun,
Sanki dünəndi toyun
Tənha qalıb halalın,
Mənim Şəhid Turalım.
Qulağımda gözəl ün,
Şadlıq idi sanki dün.
Sən şəhid olduğun gün,
Qəmə batdı mahalım,
Mənim Şəhid Turalım.
Qazandığınız fəxri ad.
Şəhid ruhunuz çox şad.
Qarabağ oldu azad,
Lalədəndir al xalım,
Mənim Şəhid Turalım.
Kayıt Tarihi : 7.1.2023 10:53:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!