Şehid mezarına düşen kölgeler

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Şehid mezarına düşen kölgeler

Ey fələk, qalxma sən bu qədər zilə,
Ağrını-acını gətirmə dilə.
Dünyanı yandırar soyuğu ilə,
Şəhid məzarına düşən kölgələr.

Düşməndir itirən haqqı-sayı da.
Sonunda verildi onun payı da.
Heyrətdə buraxar hətta ayı da,
Şəhid məzarına düşən kölgələr.

Könüldə nə qədər intizar olar,
Ürəkdə dağ boyda ahu-zar olar.
Bəlkə ruhlarından yadigar olar,
Şəhid məzarına düşən kölgələr.

Fələk nədən bizi oynuna alar,
Çətin həqiqəti boynuna alar.
Bizi də səpsərin qoynuna alar,
Şəhid məzarına düşən kölgələr.

Sədadan qoruyar, ündən qoruyar,
Müharibə qoxulu dündən qoruyar.
Şəklini yağışdan, gündən qoruyar,
Şəhid məzarına düşən kölgələr.

Sevinc Arzulu
Kayıt Tarihi : 26.10.2023 15:02:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!