Şehid Çingize Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Şehid Çingize

Qoynunun aç,Vətən, şəhidin gəlir.
Erməni zülmünə şahidin gəlir.
Üçrəngli bayrağa bükülüb nəşi,
Sönübdür ananın parlaq günəşi.

Rahatlıq tapacaq ruhu Çingizin,
Ata ağlayacaq hamıdan gizlin.
Bu ağır itkiyə yanacaq qardaş,
Onu xatırlayıb anacaq qardaş.

Gələn yollarına çiçək düzülüb,
Gözlərdən yaş damla-damla süzülür.
Şəhidlər parkında məzar qazılıb
Alnına şəhidlik bəxti yazılıb,

“Allah rəhmət eyləsin”-deyirik biz,
Müqəddəq ruhuna baş əyirik biz.
Şəhidlərin qisası alınacaq,
Zəfər marşı tezliklə çalınacaq.

Sevinc Arzulu
Kayıt Tarihi : 24.4.2018 18:31:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu