“Ana qəlbim odlanır,
Söz düşəndə davadan.
Bəs deyilmi ey insanlar,
Töküldü qan, axdı qan.”
Hər dəfə bu mahnını
Eşidəndə, ay oğul.
Çəkilməz acısından
Üşüdəndə ay oğul,
Sən düşürsən yadıma,
Baxmırlar fəryadıma.
Hayıma hay verən yox,
Gündüzlır nurlu günəş,
Gecələr ay verən yox.
Müharibə salanı,
Görüm lənətə gəlsin.
Aldı əldən balamı,
Başına güllə dəysin.
Necə ki çinar boyda,
Oğluma dəydi güllə.
Məzarı olmayanı
Yad etmədim bir güllə.
Qalan övladlarımın
Canı sağ olsun, bala.
Nədən döydü qapımı,
Əcəl adlı bir bəla.
Erməni faşistləri,
Araya saldı qada.
Igid oğullarımız
Haqq üçün getdi bada.
Öğlum doğma vətənə,
Qurban getdi.Neynəyim.
Alıb köhnə paltarın,
Ətirini iynəyim.
Bəlkə təskinlik tapa,
Ana qəlbi, əzizim.
Göz yaşın düzdüm sapa,
Dərdimiz çoxdur bizim.
Biri vətən dərdidir,
Biri də şəhid dərdi.
Necə acı günlərə,
Olubdur şahid dərdim.
Mən olmasam da bir gün,
Geri alınar torpaq.
Şəhid ruhları küskün,
Olmaz.Dönsə Qarabağ.
Şəhid anası kimi
Məni də yad edərsiz.
Şuşaya, Xocalıya,
Ağdama da gedərsiz.
Arazın həlak olduğu,
Saralıb da solduğu
Doğma torpağımızda
Diz üstə çökərsiniz.
Bircə ovuc götürüb
Əldən ələ ötürüb
Qəbrimə tökərsiniz.
Ruhu şad olar mərdin,
Zülmün sonu var kimi.
O zaman olmaz dərdim,
Bütün analar kimi...
Sevinc Arzulu
Kayıt Tarihi : 9.3.2019 10:19:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!