Şehid anası Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Şehid anası


Bir Ana tanıyıram,
Anaların Anası.
Heç vaxt əskik olmazdı
Tellərindən hənası.

Gözümüzün önündə
Keçmişdi cavanlığı.
Baldan şirin olardı
Bir tikə yavanlığı

Bəxtəvərdi qız çağı,
Heç bir dərdi yoxuydu.
Gəzərdi yaşıl bağı,
Xatirələr toxuydu.

Daim dua edərdi,
Ana hər namazında.
Dərdə vida edərdi.
Ən gözəl murazında.

Xoşbəxtdi, bəxtəvərdi
Qoşa qanadı vardı.
Onları çox sevərdi,
Övladsız dünya dardı.

Adları da özəldi
Cüt oğul:Hakim, Cəlal.
Dünyası çox gözəldi,
Bilmirdi nədir məlal.

*****

Güllə bağrını dəlsin,
Bayrağın yerə sərsin.
Görüm lənətə gəlsin,
Müharibə salanı.

Hərbi paltarın geymiş,
“Vətən sağ olsun” –demiş.
Ayrılıq yaman şeymiş,
Yalan imiş qalanı.

Qara xəbər çapardı,
Canından can qopardı.
Müharibə apardı,
Sənin hərbçi balanı.

Düşmən hiylə qurmuşdu,
Səngərində durmuşdu.
Barıt iyi vurmuşdu,
Hər döngəni, dalanı.

Düşmənimiz gəbərir,
Dronların səməri.
Bu zamansız xəbərin,
Kaş çıxaydı yalanı.

*****

Üzü dönsün fələyin,
Çoxmuş hiylə-kələyi.
Insanları ələyir,
Bitməz sual-sorğusu.

Arzulama ölümü,
Qan suvarar çölümü.
Al rəng edib gölümü,
Tanrı bilər doğrusun.

Dərd oxuyur binəva,
Qəm qoxuyur bu hava.
Olmasın daha dava,
Odur övlad oğrusu.

Kim der dünya gözəldi,
Gözəlliyi özəldi.
Hər acıdan əzəldi,
Billəm, bala ağrısı.

Daha bülbül ötməyir,
Vüsalına yetməyir.
Qulağımdan getməyir,
“Hakim balam”-çağrısı.

*****

Oğul böyütdü ana,
Başının tacı olsun.
Ağla gəlməzdi sonu,
Beləcə acı olsun.

Hərbə şahidimizə,
Hakim,Cavidimizə.
Hər bir şəhidimizə,
Analar qurban olsun.

Azad etdik Laçını,
Sildik örı-acını.
Ananın ağ saçını,
Qoymayın külək yolsun.

Geyindi hərbi libas,
Formadaydı igid as.
Hakim eylədi xilas,
Neçə-neçə əsgəri.

Döyüş qanlı olmuşdu,
Neçə ömür solmuşdu.
Artıq leşlə dolmuşdu,
Ol düşmənin səngəri.

*****
Incimədin dilindən,
Hey öpürdün telindən.
Anaların əlindən,
Neçə balanı aldı.

Gözəl Qarabağımda,
Qarlı Murov dağında,
Qızıl payız çağında,
Ordum qələbə çaldı.

Yenə qapıdan girə,
Məzarı dönüb pirə.
Bizə ondan xatirə,
Qoşa övladı qaldı.

*****
Hər məzar üstünə gələndə ana,
Şəklini oxşayır o, yana-yana.
Ana müqəddəsdir, övlad əzizdir.
Ananın kədəri coşqun dənizdir.

Bəzən təlatümə qalxır dalğalar,
Bəzən də göy sular səni yırğalar.
Alar övladının iyin nəvədən,
Sanar ki gəlibdir uzaq Kəbədən.

Daim qəlbimizdə Şəhidin adı,
Bizə əmanətdir Şəhid övladı.
Atanın adına layiq böyüsün,
Kiçik ürəyində Vətən döyünsün.

Ananın gözləri yol çəkir tez-tez,
Yollara baxmaqdan nə usan, nə bez.
Zənn edir qayıdar igid balası,
Qəfildən uçuldu qoşa qalası.

Yeganə oğluna sarılıb dayan,
Qaranlıq yuxudan əbədi oyan.
Nə qədər sənin tək Analar vardır,
Oğulsuz bu dünya onlara dardır.

Yıxın qaranlığın evini, yıxın,
Oğul xatirinə işığa çıxın.
Istəməzdi görsün sizləri qəmli,
Başında qara şal, gözləri nəmli.

Şəhid azad etdi Qarabağımı,
Qovdu uzaqlara namərd yağını.
Olmasın Şəhidin ruhu narahat,
Mərmər məzarında. HAKİM, rahat yat.

Sevinc Arzulu
Kayıt Tarihi : 25.5.2023 07:00:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.
  • Hüseyin Pelit
    Hüseyin Pelit

    Yüreğinize sağlık Selam saygı ve tebriklerimi sunuyorum

    Cevap Yaz

TÜM YORUMLAR (1)