Sehere kimi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sehere kimi


Ilahi, səbrimə, dözümə qaytar,
Atəşi , alovu gözümə qaytar,
Ilahi, sən məni özümə qaytar,
Qapılım otağa səhərə kimi.

Könlümdə Tanrıya məhəbbət qalıb,
Andıma, əhdimə sədaqət qalıb.
Önümdə neçə cür naz-nemət qalıb,
Içə bilmədiyim zəhərə kimi.

Mən necə sevim ki görmədiyimi,
Bircə yol gül-çiçək dərmədiyimi.
Salam-sabahını vermədiyimin,
Göz yaşı yol alar qəhərə kimi.

Nə olar, söyləmə daha ağılar,
Yoxsa ki ahımdan dünya dağılar.
Bağını işğalmı edib yağılar,
Gözləyə bilmədin bəhərə kimi.

Söyləmə taleyin qaralanabdır,
Dost-tanış əbədi aralanıbdır.
Gör necə əsgər tək sıralanabdır,
Atların madyandan kəhərə kimi.

Sevinc Arzulu
Kayıt Tarihi : 10.1.2021 09:14:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu