Duman çöküb xatirəmə,
Güman çöküb xatirəmə.
Yaman çöküb xatirəmə,
O dağların səhər vaxtı.
Qüssə yalqıza qalıbdır,
Kədər o qıza qalıbdır.
Sarı payıza qalıbdır,
Bu bağların bəhər vaxtı.
Ömür dostlundan yarıyaq,
Bir qocalaq, bir qarıyaq.
Solları necə qoruyaq,
Sağların birtəhər vaxtı.
Üşüdəcək mehə dönər,
Ayrılığa behə dönər.
Gözlərimdə şehə dönər,
Budaqların qəhər vaxtı.
Dərdin nuru sönəcəkmi,
Qayalığa sinəcəkmi.
Bir də geri dönəcəkmi,
Yaylaqların kəhər vaxtı.
Dünyaya qan-qada düşər,
Köçüb gedən yada düşər.
Minbir acı dada düşər,
Qaymaqların zəhər vaxtı.
Gecə keçib, yarı olur,
Gün dünyanın varı olur.
Bəzən nağılvari olur,
Oymaqların şəhər vaxtı.
Kayıt Tarihi : 29.4.2020 10:50:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!