Durmuşam dörd yolun qəm qovşağında,
Ölümçün verilən behə dönmüşəm.
Əzizim,səninçün göy qurşağında,
Yeddi əlvan rəngli zehə dönmüşəm.
Qüssədən,kədərdən ürək yatmayır,
Sənin saf sevgini başdan atmayır.
Neynəyim,əlinə əlim çatmayır,
Telini oynadan mehə dönmüşəm.
Od aldım atəşin közdən,əzizim,
Qəlb küsər tə`nəli sözdən,əızizim.
Süzülüb bir ala gözdən,əzizim,
Gül üstdə parlayan şehə dönmüşəm.
Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 19:47:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!