Seda meni qezel Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Seda meni qezel

Mən əvvəldən çərx-fələkdən dərd-bəlayçun iznliyəm,
Bilirsənmi,ay sevgilim,nədən belə hüznlüyəm.
Ayrılığın önündəcə vüqarlıyam,əzmliyəm
Nə sındırar,nə dondurar avareyi-gəda məni.

Bu gün ayın on üçüdür,bütün işim nəsə düşüb,
Əzraili gətirən yol bu dəfə də kəsə düşüb.
Aman Allah,qulaqlarım nədən yenə səsə düşüb,
Çağıraraq haraylayır bir nisgilli səda məni.

Vüsal gülün vəsf etməklə dünya üzrə birinciyəm,
Indi təkcə ayrılığın,lal həsrətin girinciyəm.
Məni sayıb-seçməsən də dostlarımın sevinciyəm,
Qocalsam da tərk eyləməz nə naz,nə də əda məni.

Vətənimin göylərini indi qara bulud almış,
Neçə-neçə kənd,qəsəbə Dəli Kürün altda qalmış.
Sel-suları qara yolun yenə bizim eldən salmış,
De,haraya sürükləyir tükənməyən qada məni.

Son zamanlar qəmlənirəm,göynəyirəm göyüm-göyüm,
Kədərimin tüstüsündən qaraya bürünüb göyüm.
Əlimdən almayın mənim Ana Yeri,Ata Göyü,
Insafınız olsun barı, satmayın siz yada məni.

Sevinc Arzulu
Kayıt Tarihi : 15.9.2018 09:21:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu