Sular xalçalanıbdır,
Neçə parç calanıbdır.
Qəlbim parçalanıbdır,
Görmürsən heç qırığın?
Dərd özünü sanadır,
Ağrı-acı canadır.
Ayağını qanadır,
Astaca keç qırığın.
Dilimdə düzgülərim.
Üzümdə cizgilərim.
Sınıbdı güzgülərim,
Görüb də seç qırığın.
Kayıt Tarihi : 12.3.2020 14:12:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2020/03/12/sec-qirigin.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!