Yaddaşımda ol məsəllər,deyimlər
Düymələri düyüm -düyüm düyümlər.
İşim müşkül,bağlı qalıb düyünlər,
Aç içimin düyününü,aç Allah.
Ərşə çıxıb gözlərimin yuxusu,
Təsir etmit al güllərin qoxusu.
Bu dünyada yox heç kimin qorxusu,
Pisə kömək eyləməkdən qaç,Allah.
Çox gur keçir imamların yığnağı,
Ağır olur eı töhməti,qınağı.
Biz hamımız bu dünyanın qonağı,
Qəlbimizə işığını saç,Allah.
Tanrı mərhəməti böyük olurmuş,
Açılan çiçəklər bir vaxt solurmuş.
Söyüdlər həsrətdən saçın yolurmuş,
Bəxtim üçün tək vüsalı seç,Allah.
Qəlbimdə edirəm səninlə söhbət,
Yaşayır könlümdə sənə məhəbbət.
Ulu tanrım,özün eylə məthəmət,
Zəhmətimi gəl eyləmə heç,Allah.
Yüksəlməsin göyə nə naləm,ahım
Bu dünyada təkcə sənsən pənahım.
Əgər varsa zərrə qədər günahım,
Qulun günahından özün keç,Allah.
Həsrətin,hicranın yolunu kəsim,
Göylərə ucalsın harayım,səsim.
Mənə verdiklərin bəsimdir,bəsim
Sevincinin ürəyinə köç,Allah.
Kayıt Tarihi : 11.6.2018 10:26:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/11/sec-allah.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!